“Görkəmli memar Mikayıl Hüseynovun yaradıcılığı olan nəfis sütunlar “işğal” altındadır” – Memar

Bakı metrosunun stansiyaları reklam lövhələri ilə zəbt edilib. Hətta stansiyalardakı memarların əl işləri də reklam lövhələrinin arxasında qalıb.

Memar Elçin Əliyev bakı metro stansiyalarında baş alım gedən eybəcər halla bağlı narahatlığını dilə gətirib. O bildirib ki, stansiyalarda quraşdırılan reklamlar əndazəni aşıb:

“Görkəmli memar Mikayıl Hüseynovun yaradıcılığı olan nəfis sütunlar “işğal” altındadır. Metro stansiyalarında memarlıq nümunələri qorunmalıdır”.

Fotoda isə metronun “Nəriman Nərimanov” stansiyasıdır. Bu stansiya Bakı metrosunun 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biridir. Stannsiya indi bütünlüklə “Bir bank”ın reklam lövhələi ilə zəbt edilib.