15 yaşlı məktəbli qız sinifdə zorlandı

 

17

 

Bu hadisə inanılmaz təsir bağışlasa da, təəssüflər olsun ki, gerçəkdir

Əqli çatışmazlığı olan 15 yaşlı qızı məktəbdə, sinifdə, dərs zamanı sinif yoldaşları olan oğlanlar zorlayıblar. Sinifdəki müəllim isə hadisəyə müdaxilə etməyib və baş verənləri laqeydliklə izləyib. Milli.Az The İnquistir-ə istinadən bildirir ki, ABŞ-da baş vermiş bu hadisə şok effekti yaradıb. Nyu-York şəhərinin yaxınlığındakı Elmont qəsəbəsində 15 yaşlı K.J. dərs zamanı sinifdə 2 sinif yoldaşının təcavüzünə məruz qalıb. Dərs lövhəsinin qarşısında duran müəllim isə baş verənlərə soyuqqanlıqla tamaşa edib, heç nə olmamış kimi dərsə davam edib. Əqli çatışmazlığı olan K.J-nın qaçmaması üçün onun başından vurandan sonra təcavüz olunub. The New York Daily News-un məlumatına görə, qızın anası müəllimin həbs edilməsini tələb edir. “O sinifdəki 13 oğlanın arasında yeganə qız şagird mənim qızımdı. Buna hələ dərs ilinin əvvəlində etiraz etmişdim. Qızımda bir qədər əqli çatışmazlıq var, amma o, normal məktəbdə oxumaq istəyirdi. Məktəb rəhbərliyinə dəfələrlə dedim, yalvardım, tələb etdim ki, qızımı başqa sinfə köçürsünlər. Mənə qulaq asmadılar”, – 15 yaşlı şagirdin anası deyib. Ananın dediyinə göər, 3 aydan bəri qızını başqa məktəbə keçirməyə çalışsa da, bir nəticə hasil olmamışdı. Məktəb rəhbərliyi həmin müəllimin işdən qovulduğunu bildirib. Ananın vəkili Madlen Brayerin JDJournal-a dediyinə görə, hadisə Martin De Porres Academy məktəbində baş verib. “Müvəkkilimin qızını zorlayanlar yetkinlik yaşına çatmamışlar üçün nəzərdə tutulmuş Casa De La Salle internatının “müştəri”ləri idilər. Onların adi, normal məktəbə köçürülməsinin səbəbləri və təfərrüatları araşdırılmalıdır. 15 yaşlı qızı iki yeniyetmə zorlayanda üçüncü yeniyetmə masanın üstündə rəqs edirmiş”, – Bayer deyib. Məktəbin icraçı direktorpu Ed Deyn polisə çağırılb.