15 yaşlı qız özünü 6-cı mərtəbədən atdı

Qiz-2

Bu gecə saat 06:00-da Bakının Nizami rayonunda 15 yaşlı qız 6-cı mərtəbədən yıxılaraq ölüb. Nizami rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Bəhruz Nuriyev küçəsi 37 ünvanında qeydə alınıb.

Məlumat daxil olan kimi dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin 1999-cu il təvəllüdlü Qəmər Gülağa qızı Hacıyeva olduğu məlum olub.

Həmçinin məlum olub ki, Qəmər Hacıyeva həmin binada yaşayırmış. Onun intihar etdiyi bildirilir.

Qeyd edək ki, Q.Hacıyeva orta məktəbin 9-cu sinif şagirdi olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.