Rus araqları Azərbaycana buraxılmadı

Araq

Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz yolla ölkəmizə gətirilən küllü miqdarda spirtli içkilər aşkar edilərək götürülüb.

XALQ.AZ-ın məlumatına görə, Aksiz Baş Gömrük İdarəsinin rəisi, general – mayor Ehtiram Xəlilovun AzərTAc-a açıqlamasında idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu xeyli miqdarda spirtli içkilərin gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olduğunu deyib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Aşırov Rövşən Aşır oğlunun idarə etdiyi “Mercedes Benz Sprinter” markalı, “90-VU-566” dövlət nömrə nişanlı sərnişin mikroavtobusuna baxış zamanı həmin nəqliyyat vasitəsindən sərnişin qismində əyləşmiş İsmayılov Faiq Aydın oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Kremlin Avard” və “Talka” araqları aşkar edilərək götürülüb.

Faktla bağlı Aksiz Baş Gömrük İdarəsində araşdırma aparılır.