Qadından qohumuna 30 minlik zərbə

Qadin

Bakıda qadın öz qohumunun evini yarıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Vüsalə Orucovanın mənzilindən 30000 manat dəyərində qızıl əşyaları oğurlanıb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs həbs edilib. Bu elə qadının öz həmcinsidir.

Saxlanılan Bakı şəhər sakini Günel Məmmədova həm də ev sahibinin qohumudur.
Faktla bağlı araşdırma davam edir.