160 azərbaycanlı İnterpola verildi

Inter

Azərbaycanın hüquq-mühafizə orqanları İnterpol-un xətti ilə 160 Azərbaycan vətəndaşı barəsində axtarış elan edib.

XALQ.AZ-ın məlumatına görə bu barədə İnterpol-un rəsmi internet səhifəsində məlumat yayılıb.

Axtarışa verilənlərin əksəriyyətini kişilər təşkil edir. Gənclər də siyahıda üstünlük təşkil edirlər.

Barələrində axtarış verilənlərin əksəriyyəti vergi ödəməkdən boyun qaçıran və müxtəlif cinayətləri törədən şəxslərdir.

Beynəlxalq axtarışa verilən qadınların böyük bir qismi insan alverində, kiçik qismi isə narkotik maddələrin ticarətində günahlandırılırlar.

Hazırda həmin şəxslərin axtarışı prosesi davam edir.