17 yaşlı gənc boğuldu

Deniz

Lənkəran rayonunun Liman şəhərində 17 yaşlı gənc dənizdə boğulub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumatına görə, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Nihad Rasim oğlu Ağazadə Xəzər dənizində çimərkən boğulub. Yaxınlarının verdiyi məlumata görə, Nihad Ağazadə Liman şəhərinə babasının yanına gəlibmiş.

Onun meyiti dalğıc-xilasedicilər tərəfindən dənizdən çıxarılıb. Suyun dərinliyi 7-8 metr olub.

Məlumata görə, Nihat Ağazadə özünü körpüdən dənizə atıb. Bu zaman kömək istəyib. Xilasedicilər hadisə yerinə gələnə kimi, o boğulubmuş.

Hadisə ilə bağlı Lənkəran Prokurorluğu araşdırmalara başlayıb.