17 yaşlı gənc faciəvi şəkildə öldü

Genc

Ötən gün Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 17 yaşlı gənc faciəvi şəkildə ölüb. Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə saat 20:15 radələrində qeydə alınıb.

Belə ki, Müşfiq qəsəbəsində yaşayan 17 yaşlı İlkin İsgəndərovu elektrik cərəyanı vurub. Hadisə nəticəsində ağır yaralanan gənc komaya girib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.