18 yaşlı qız itə ərə getdi (FOTO)

It-2

Hindistanda şeytandan qorxan qadın itlə evlənib. ANS PRESS-in məlumatına görə, toy mərasimi Jharkhand əyalətində qeydə alınıb. Mangli Munda adlı qızın ailəsin onun üzərində şeytan ruhu olduğunu deyib.

Ailəsi tərəfindən ittihamlarla üz-üzə qalan qız bu qəribə addımı atmağa məcbur olub. Qızı ilə “nigaha daxil olması” üçün ata it tapıb.

18 yaşlı Munda bu addımı ailəsinin istəyi ilə atdığını deyib. Atası isə toya böyük məbləğdə pul xərclədiyini deyib.

“Şeytanı qızımdan uzaqlaşdırmanın başqa yolu yox idi”.

Qeyd edək ki, itlə nigaha adıçəkilən ərazidə tez-tez rast gəlinir. İnanclara görə, bu adət gənclərin gələcək ailə həyatlarının sağlam və uzunömürlü olmasına kömək edir.

It-2

It-1