Neftçalada ölüm (FOTO)

olum

Neftçala rayonunun Bankə qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəza dünən saat 18:00 radələrində Neftçala rayonunun Bankə qəsəbəsində baş verib.

Qəsəbə sakini Rahim Hadıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillə Şirvanlı kənd sakini Hafiz Məcidovun idarə etdiyi “İJ-Yupiter” markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü H.Məcidov hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Neftçala rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

olum