19 may astroloji proqnoz

Astroloq
QOÇ – O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Bacardığınız qədər istirahət edin.
BUĞA – Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan işlərdən yayınmalısınız.
ƏKİZLƏR – Maraqlı görüşlər və sövdələşmələr yolunuzu gözləyir. Bir qədər qətiyyətli olun. Bədxah adamlara qarşı rəhmli olmaq o qədər də səmərəli deyil. Ulduzlar qidanıza fikir verməyi məsləhət görür.
XƏRÇƏNG – Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. İmkan daxilində ziyarətgahlara üz tutun.
ŞİR – Bütün enerjinizi fəaliyyətə istiqamətləndirin. Çünki yaxın perspektivləriniz bugünkü addımlarınızdan birbaşa asılı olacaq. Daşınmaz əmlak alqı-satqısı ilə bağlı sövdələşmələrə getməyin.
QIZ – Bu mülayim təqvim sizin üçün həddindən ziyadə uğurlu keçməlidir. Ürəyinizcə olan şəxslərlə rastlaşmağınız, eləcə də təzə xəbərlər eşitməyiniz sizi sevindirəcək. Riskdən qorxmayın.
TƏRƏZİ – Astroloji göstəricilər işgüzar səfərlərə çıxmağınızda qəbahət görmür, xüsusən də əgər bu, yeni fəaliyyətlə bağlıdırsa. Başqa məsələlərdə isə neytral qalmağınız məqsədəuyğundur.
ƏQRƏB – Saat 13-ə qədər sakit şəraitdə olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşam sevdiyiniz şəxslərlə görüşün.
OXATAN – Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələrə cəlb olunacağınız gözlənilir.
OĞLAQ – Göy qübbəsi yalnız ev-eşiklə məşğul olmağınızı tövsiyə edir. Digər işləri isə hələlik təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olanların qayğısına qalın.
SUTÖKƏN – İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb yorulmaqdan çəkinməyin. Kənar müdaxilələrə isə ciddi reaksiya verməyin.
BALIQLAR – Əgər bizneslə məşğulsunuzsa, bu gün bəxtiniz gətirə bilər. Çünki bütün göstəricilər uğurlu işbirliyi yaradacağınızdan, həmçinin varlanmağa başlayacağınızdan xəbər verir.