General öldürüldü

 

 

9

Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbəri, general Hüseyn İsaak bazar günü Dəməşq yaxınlığında döyüş zamanı öldürülüb.

General İsaak Suriya paytaxtının cənub-şərqindəki Mleha şəhərində aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Agentliyin məlumatına görə, İsaakın ölümü haqqında xəbər yüksək vəzifəli suriyalı zabitlərin ölümü barədə son üç il ərzində rəsmi məlumatlarından biri olub.(trend)