2 əmioğlu çayda boğuldu

Cay

Lənkəranda bədbəxt hadisə baş verib.

XALQ.AZ-ın məlumatına görə, 14 və 16 yaşlarında iki əmioğlu çayda boğulub.

Faciə Lənkəran rayonunun Rvo kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şağlakücə kənd sakini, 14 yaşlı Rəvan Muradov və onun əmisi oğlu, 16 yaşlı Azər Muradov Lənkərançayında çimərkən boğulublar.

İki əmioğlunun meyitinin sudan çıxarıldığı deyilir.

Faktla bağlı Lənkəran rayonunda araşdırma aparılır.