2 cinsi azlıq 90 yaşında nigaha daxil oldular

Qoca

Qoca amerikalı cinsi azlıqların 2 nümayəndəsi kilsədə münasibətlərini rəsmiləşdirib.

XALQ.AZ-ın məlumatına görə, mərasimi cütlük əlil arabalarında keçirib.

Viven Boyak və Alisa Dyubs adlı cinsi azlığın nümayəndələri 1947-ci ildən əvvəl tanış olublar. Viven müəllimə, onun rəfiqəsi isə “The Times and Democrat” qəzetində müxbir işləyib. Tanışlıqları ərzində xanımlar ABŞ-ın 50 ştatında və Kanadanın bütün əyalətlərində olublar. Onlar həmçinin iki dəfə İngiltərəyə baş çəkiblər.

Onlar 73 il birlikdə olublar.

Cinsi azlıqların nigah mərasimi Ayova ştatının Devenport şəhərindəki kilsədə baş tutub. Mərasimi qadın keşiş keçirib.