Səhiyyə Nazirliyi özəl klinikaları yoxlayacaq

Sehiyye

Səhiyyə Nazirliyi İnterpol tərəfindən axtarışa verilən plastik cərrah Elçin Məmmədovla bağlı araşdırmalara başlayıb.

ANS TV-nin məlumatına görə, nazirliyin yaratdığ komissiya, həkimin və onun hazırda fəaliyyət göstərdiyi klinikanın qanunvericiliyə uyğun işləyib-işləmədiyini araşdıracaq. Çünki Elçin Məmmədov xarici vətəndaş olduğu üçün onun Azərbaycanda işləməsi xüsusi icazə verildikdən sonra mümkün ola bilər.

Azərbaycan qanunlarına görə, xarici ölkələrdə tibb təhsili almış və hazırlıq keçmiş əcnəbilər, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasının vətəndaşları yalnız Səhiyyə Nazirliyinin şəhadətnaməsilə tibbi fəaliyyət göstərə bilərlər.

Üstəlik Elçin Məmmədov Dövlət Miqrasiya Xidmətində xarici vətəndaş kimi qeydiyyatdan keçməli, əmək fəaliyyətilə məşğul olduğu üçün Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda işə götürənlə onun arasında bağlanan müqavilədən xəbərdar olmalı idi. Amma Səhiyyə Nazirliyi bildirir ki, nə Elçin Məmmdov, nə də onun fəaliyyət göstərdiyi klinika belə bir sənədləri təqdim etməyib.

“Əgər xarici vətəndaş öz vətənində təhsil alıbsa, onda burda öz diplomlarını təqdim edib, Nazirlik tərəfindən xüsusi razlılıq almalıdır. Amma yox əgər Azərbaycan vətəndaşıdırsa və başqa ölkədə təhsil alıbsa onda yenədə burda diplomunu təqdim etməlidir və həmin diplom təsdiqlənməlidir” – deyə Səhiyyə Nazirliyinin rəsmisi Anar Qədirli qeyd edib.

Plastik cərrahın işlədiyi klinika isə bu qalmaqaldan dərhal sonara onunla əməkdaşlığı dayandırıb. Klinikadan bildirdilər ki, onlar da bu, cərrahla bağlı araşdırmaya başlayıblar. Ona görə də bu, həkimə pasiyent qəbulu ləğv edilib.

Lakin bu fakt Səhiyyə Nazirliyinin araşdırmalarını dayandıra bilməyəcək. Artıq Səhiyyə Nazirliyi xaricdən dəvət olunan həkimlərin klinikalarda köstərdiyi fəaliyyətinin qanuniliyini yoxlamaq üçün monitorinqlərə start verib.