Abşeronda neft quyusu yandı

Yandi-1

Abşeron rayonunda neft quyusunun yaxınlığında yanğın olub.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda neft quyusunun ətrafında 10 kv.m sahədə neft məhsullarının qalıqları yanıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.

Yaxınlıqdan keçən qaz kəməri yanğından mühafizə olunub.