2 özəl məktəbə lisenziya verilib

 

61

“2014-cü ildə yeni özəl məktəb açmaq üçün Təhsil Nazirliyinə 3 müraciət daxil olub”.

XALQ.AZ xəbər verir ki, azvision.az-a istinadən xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən bildirilib. 2014-cü ilin sentyabrınadək Təhsil Nazirliyi tərəfindən “İdrak” liseyinin Bakı filialına və “Zirvə” liseyinə xüsusi razılıq verilib. Təhsil Nazirliyindən həmçinin qeyd edilib ki, yeni tədris ilində heç bir özəl məktəbin lisenziyası alınmayıb. Eyni zamanda nazirlik hansı hallarda məktəblərin lisenziyasının alınmasına aydınlıq gətirib:

““Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə zidd olduğu zaman özəl təhsil müəssisəsinə lisenziya verilməsindən imtina olunur”.