2022-Cİ İLİN ƏN FƏAL MİLLƏT VƏKİLLƏRİ KİMLƏRDİR?

Milli Məclisin fəaliyyətini daima diqqətdə saxlayan Editor.az İnformasiya Portalı millət vəkillərinin 2022-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı apardığı araşdırma və sorğunun nəticələrini açıqlayıb. Hər il ənənəvi olaraq açıqlanan nəticələr ilboyu media və sosial şəbəkələr üzərindən aparılan monitorinqlərə, deputatların təmsil etdiyi bölgələrdə keçirilən şifahi sorğulara, müxtəlif jurnalistlər və ictimaiyyət nümayəndələri tərəfindən verilən rəylərə əsaslanır.

Ədalət naminə qeyd etmək lazımdır ki, ötən çağırışlarla müqayisədə VI çağırış Azərbaycan Respublikası Milli Məclisi spiker Sahibə Qafarovanın rəhbərliyi altında ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edib. Xüsusi ilə 2022-ci ildə xanım spikerin də iştirakı ilə müxtəlif ölkələrə edilən səfərlər vasitəsi ilə həyata keçirilən parlament diplomatiyasının əldə etdiyi nəticələr ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb.

Ancaq bu da reallıqdır ki, dövlət və xalq olaraq olduqca məsuliyyətli dövrdən keçdiyimiz bu mərhələdə bütün millət vəkillərinin eyni dərəcədə keyfiyyətli və aktiv fəaliyyət ortaya qoyduğunu iddia etmək obyektivlikdən kənar olar.

Xalq.az xəbər verir ki, Editor.az İnformasiya Portalının Araşdırma Qrupu 2022-ci il ərzində Milli Məclisin fəaliyyəti ilə xüsusi fərqlənən 20 deputatını müəyyən etməyə çalışıb. Siyahı hazırlanərkən millət vəkillərinin Milli Məclisin komitə və plenar iclaslarındakı fəallığı, beynəlxalq təşkilatlarda uğurlu fəaliyyətləri, qanunvericilik təşəbbüsləri sahəsindəki aktivliyi, seçicilərlə iş sahəsində səmərəliliyi, sosial şəbəkələrdəki aktivliyi, ictimaiyyət və KİV-lə yaxından əməkdaşlıqları əsas meyar kimi götürülüb.

Editor.az İnformasiya Portalı aparılan sorğu və araşdırmalar nəticəsində 2022-Cİ İLİN ƏN FƏAL MİLLƏT VƏKİLİ seçilən 20 millət vəkilinin siyahısını ƏLİFBA SIRASI ardıcıllığı ilə təqdim edir. Portalımız qalib deputatları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edir.

BAYRAMOV Vüqar( 84 saylı Füzuli seçki dairəsi)

CƏFƏROV Müşfiq (39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi)

ƏHMƏDOV Vahid (52 saylı Quba seçki dairəsi)

HƏMZƏYEV Naqif (38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi)

HƏSƏN Ramil (91 saylı Ucar seçki dairəsi)

HƏSƏNQULİYEV Qüdrət (36 saylı Xətai dördüncü seçki dairəsi)

İSKƏNDƏROV Vüqar(113 saylı Şəki şəhər seçki dairəsi)

İSMAYİLOV Şahin (81 saylı Beyləqan seçki dairəsi)

KƏRİMZADƏ Pərvin ( 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi)

QULİYEV Ülvi (15 saylı Yasamal birinci seçki dairəsi)

MUSAYEV Elşən (110 saylı Zaqatala seçki dairəsi)

MƏHƏRRƏMOV Bəhruz (66 saylı Biləsuvar seçki dairəsi)

MƏMMƏDOV Ceyhun (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi)

MƏMMƏDOV Hikmət (19 saylı Nərimanov birinci seçki dairəsi

MƏMMƏDOV Soltan (14 saylı Xəzər seçki dairəsi)

NAĞIYEV Arzu (104 saylı Gədəbəy-Tovuz seçki dairəsi)

NURULLAYEV Razi( 79 saylı İmişli seçki dairəsi)

NURULLAYEVA Könül (24 saylı Nizami birinci seçki dairəsi)

ORUC Zahid (94 saylı Bərdə kənd seçki dairəsi)

PAŞAYEVA Qənirə( 105 saylı Tovuz seçki dairəsi)

ZƏRURİ QEYD: Editor.az İnformasiya Portalı bir daha xatırladır ki, fəal millət vəkillərinin siyahısı redaksiyanın Araşdırma Qrupunun apardığı sorğu və təhlillər nəticəsində gəldiyi qənaətdir. Bu sorğunun nəticəsi qətiyyən hökm xarakteri daşımır və hər hansı bir millət vəkilinin fəaliyyətinə verilən yekun qiymət kimi dəyərləndirilə bilməz.