21 yaşlı gəncin cəsədi tapıldı

21

Dünən dənizdə batmış 21 yaşlı gəncin meyiti tapılıb.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 17 avqust 2014-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsindən, təxminən, 900 m məsafədə, nəzarət olunmayan ərazidə) sərxoş halda batmış 1993-cü il təvəllüdlü Elşən İmamverdi oğlu Əliməmmədov axtarışları başa çatıb.

E.Əliməmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Əməliyyat saat 09:55-də başa çatıb.