Deputat seçicilərlə görüşdü – FOTO

Millət vəkili Vahid Əhmədov növbəti dəfə respublikada elan olunmuş karantin tələblərinə riayət olunmaq şərti ilə Quba  rayonundakı deputat ofisində seçicilərini qəbul edib.

XALQ.AZ xəbər verir ki, qəbulda 63 nəfər Quba və qonşu rayon sakinləri iştirak ediblər. Deputata pandemiya şəraitində qəbulu təşkil etdiyinə görə seçicilər tərəfindən minnətdarlıq ifadə olunub. Əhalini  narahat  edən  məsələlər- torpaqların  paylanması, yardımların  edilməsi, iş  yerlərinin  təşkili, karantin  şəraitinin  yaratdığı  bir  çox  problemlər  araşdırma  və  müzakirə  mövzusu    olub.

Millət  vəkilinin  müraciətləri  əsasında  bir  çox  məsələlər  öz  həllini  tapıb. Qəbul  zamanı  ehtiyacı  olan  sakinlərə  yardımlar  edilib. Belə  qəbulların  gələcəkdədə  təşkil  ediləcəyi  və  onlara  bu  barədə  əlavə  məlumat  veriləcəyi   seçicilərin  nəzərinə  çatdırılıb. 

XALQ.AZ