İmişlidə ev yandı

yangin-2

Ötən axşam İmişli rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.

Xalq.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 16 km aralıda yerləşən Mirili kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.