Məhz bu ruh və bu ruhdan doğan “Dəmir yumruq” 30 il sonra bizi daha böyük zəfərə apardı

Bu gün Azərbaycanda milli iradənin zəfər çaldığı, xalqın azadlıq eşqinin Sovet ideologiyasına, Sovet tanklarına qalib gəldiyi gündür! 1990-cı ilin bu günü susdurulmağa çalışan xalq birlik, həmrəylik göstərərək Azərbaycan uğrunda can verməyə, qan tökməyə cümlə hazır olduğunu göstərdi. Məhz bu ruh və bu ruhdan doğan “Dəmir yumruq” 30 il sonra bizi daha böyük zəfərə apardı. 31 il öncə azadlığı uğrunda əliyalın çarpışan xalq, bu gün prezident İlham Əliyevin rəhbərliyi altında VI nəsil müharibə aparıb, qalib gələrək bölgənin güc mərkəzinə çevrilib!

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bidirib.

Deputat qeyd edib ki, əlbəttə, 20 yanvar hadisələrindən danışarkən, bu qətliamdan sonra Azərbaycanın haqq səsini ilk dəfə dünyaya hayqıran, özünü, ailəsini təhlükəyə ataraq əsl həqiqətləri SSRİ-nin paytaxtında Sovet rəhbərliyinin üzünə çırparaq, hadisəyə ilk siyasi qiymət vermiş Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamaq lazımdır. 20 yanvar hadisələrinə ilk hüquqi qiymət də məhz dahi lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, Milli Məclisdə, məhz Onun tövsiyyəsi ilə verilib.

20 yanvarda Bakıda və bölgələrimizdə törədilən əməllər həm də insanlıq əleyhinə beynəxlalq cinayətdir. Təəssüf ki, BMT Nizamnaməsi, 1948-ci il İnsan hüquqları Bəyannamə­si, 1949-cu ilin Cenevrə Konvensiyası, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Pakt başda olmaqla insan haqlarına dair xeyli sayda beynəl­xalq sənədin çoxsaylı müddəa­larının kobud pozuntusuna baxmayaraq hadisələrə hələ də lazimi səviyyədə beynəlxlaq hüquqi qiymət verilməmiş, canilər cəzalandırılmamışdır. Heç şübhəsiz ki, Azərbaycan dövlətinin artan nüfuzu və gücü bu problemin də yaxın zamanlarda həllinə imkan yaradacaq.

20 yanvar hadisələrinin 31-ci il dönümündə bütün şəhidlərimizi hörmətlə anır, ruhları qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm!