Tramp Ağ Evlə vidalaşdı

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçilmiş Prezident Co Baydenin andiçmə mərasiminə bir neçə saat qalmış Ağ Evlə vidalaşıb. 

XALQ.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin həyətinə enən helikopter Tramp ailəsini hava limanına aparacaq.

Daha əvvəl Trampla xanımının Ağ Evi səhər saat 08:00-da tərk edərək Palm-Biçə (Florida ştatı-red.) yollanacaqları barədə xəbər verilmişdi.