Hacı Nuran-Fotolarda

Bakıda ziyalı ailəsində anadan olan televiziya aparıcısı və xeyriyyəçi Hacı Nuran Hüseynov bu gün doğum günüdür.

Sizin xoş gününüz XALQ.AZ -ın diqqətindən yan keçmədi. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək sizin həyat amalınızdır. Yüzlərlə insanın ümid və pənah yeri olan Hacı Nuran ömür yolunda ı xoş əməllərinizlə addımlayaraq, artıq sizi sevənlərin ürəyində özünüzə taxt qurmusunuz.

Qırx dörd günlük Vətən müharibəsində Gəncədə, Bərdədə,Tərtərdə və bir çox yerlərdə olmağınızla vətənpərvərliyinizi bir daha əyani olaraq sübut etdiniz. Xalqın ağır, çətin günündə xoş işinizlə göstərdiyiniz qorxmazlıq və dözümlülük sizi hər kəsə nümunə etdi.

Bu gün gündəmi zəbt edən əyləncə dolu verilişlərdən yan duraraq, bir neçə televiziya da xeyir yönümlü verilişlərdə aparacılıq edərək, özünəməxsus imzanızı atmağınızla tanınmısınız. Ümidsiz qapılara ümid aparıb, gözlərdə sönən inamsızlığı nurlandıraraq, adınıza uyğun işlərə əvəzsiz dəyərinizi vermisiniz. İnsanı ucaldan sadəlik, səmimilikdi desək yanılmarıq.Biz bu iki sözü boşuna qeyd etmədik. Çünki, qeyd olunan bu sözlərin ən aliliyinə layiqsiniz.

Bu gün hər kəs sənətinizdən öncə şəxsiyyətinizə, qürurunuza böyük hörmət edərək, dəyər verir. Çünki, siz insan varlığına xas olan həmin dəyəri bu günə kimi damla-damla yığmısınız. İnsanı paklaşdıran yalnız gördüyü xoş işlər deyil, insanlıq anlamıdır. Bu gündə o, saf ucalığı özünüzdə cəmləşdirə bilmisiniz.

XALQ.AZ xəbər portalının kollektivi Sizi səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

XALQ.AZ