Millət vəkili seçicilərin problemlərini həll etdi -Fotolar

Milli Məclisin deputatı Əminə Ağazadə seçicilərlə növbəti görüş keçirdi.

 XALQ.AZ xəbər verir ki, Kürdəmir rayonunun Sovla və Söyüdlər kəndlərində seçicilərlə görüş keçirmişdir. Görüş zamanı kənd əhalisinin problemləri dinlənilmiş, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Sovla kəndində əsası 1938-ci ildən qoyulmuş kənd orta məktəbinin binası ilə tanış olan Millət vəkili yeni məktəb binasının tikintisi ilə bağı ölkə rəhbərliyinə, müvafiq orqanlara ünvanladığı müraciətlər haqqında məlumat verərək yeni ildən bu məsələ iləə bağlı daha aktiv mövqedən fəaliyyət göstərəcəyini vurğulayıb. Sovla kəndində Vətən müharibəsində şəhid olmuş Oruc Soltanovun ailəsini ziyarət edən Əminə xanim şəhidin ailə üzvləri ilə görüşmüş, onların istək və arzularını dinləmişdir. Millət vəkili Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bütün səylərin səfərbər olunacağına əmin olduğunu bildirmişdir. Söyüdlər kəndinə səfər edərkən Milli Məclisin deputatı əhali ilə görüşlərdə kəndin ən vacib problemi olan su probleminin həlli ilə əlaqədar mövcud məsələlərlə ilə maraqlanmış, əhainin haqlı narazılığına səbəb olan halların qısa müddət ərzində aradan qaldırılması istiqamətində konkret tapşırıqlarını vermişdir. Kənd əhalisi deputatın fəaliyyətindən razılıqlarını bildirərək ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub, digər məsələr aidiyyatı qurumların nəzərinə çatdırılıb.

Qeyd edək ki, millət vəkili mütəmadi olaraq şəhid ailələrini və Vətən müharibəsi qazilərinin ziyarət edir onların qayğıları ilə maraqlanır.

XALQ.AZ