Səfir ermənilər tərəfindən dağıdılmış Zəngilan məscidində namaz qıldı-Fotolar

Liviyanın Azərbaycandakı səfiri Saad Mustafa Mucbiri Zəngilan məscidində namaz qılıb.

XALQ.AZ xəbər verir ki, diplomatik Korpusun nümayəndələri Azərbaycanın Azad olunmuş ərazilərinə səfər ediblər.

Səfər çərçivəsində nümayəndələr Zəngilan şəhərində olublar.

Qeyd edək ki, Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana gediblər. Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.