“Space” televiziyasının yeni rəhbərinə tapşırıqlar verildi

Xəbər verdiyimiz kimi “Space” televiyasını rəhbəri Vaqif Mustafayev işindən yol verdiyi nöqsanlara görə kənarlaşdırılıb.

XALQ.AZ xəbə verir ki, bu gün “Space” telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva açıqlama verərək bildirb ki, telekanalın rəhbəri artıq qərarlaşdırılıb və tezliklə kanalın işçilərinə və ictimaiyyətə təqdim olunacaq.

Artıq yeni rəhbərə tapşıqlar verilib və telekanalda yeniliklər olacağı gözlənilir.