Komitə sədri şəhid ailələri ilə görüşdü

Milli Məclisin deputatı İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili şəhid ailələrini ziyarət etdi.

XALQ.AZ xəbər verir ki, bu barədə deputatın özü şəxsi facebook səhifəsində yazıb.

Millət vəkili qeyd edib ki, Vətən müharibəsinin ildönümü ərəfəsində bu gün Sumqayıtda bir qrup şəhid ailəsini ziyarət etdik. Şəhidlərimizin döyüş yolunu əks etdirən kadr və şəkilləri gördükcə düşmən üzərindəki möhtəşəm zəfərimizin hansı iradə və əzmkarlıq hesabına başa gəldiyini bir daha anlayırsan… Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bu möhtəşəm qələbəsi tariximizin ən şərəfli səhifədir. Hər bir şəhid ailəsi onlara göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı xüsusi minnətdarlıq hissi ilə qeyd edirlər. Şəhid ailə üzvləri ilə söhbət edib, onları narahat edən məsələləri dinlədik. İndidən sonra da şəhid ailə üzvlərinə, onların ideyalarına dəstək olmağı davam etdirəcəyik deyə yazıb.