Nazirlik məhkəməyə verildi

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 15 saylı poliklinikada çalışan tibb işçisi Elmira Əliyeva işdn çıxarıldığı üçün məhkəməyə şikayət edib.

XALQ.AZ xəbər verir ki, masajçı işləyən Elmira Əliyeva haqsız işdən çıxarıldığı iddiası ilə həm 15 saylı poliklinikanı, həm də Səhiyyə Nazirliyini məhkəməyə verib.

Tibb müəssisəsindən bildirdilər ki, Elmira Əliyeva tibb işçilərinin sertifikasiya imtahanından aşağı nəticə göstərdiyi və kəsildiyi üçün işdən çıxarılıb. O, iki dəfə imtahan verib və hər iki dəfə nəticələri ürəkaçan olmayıb.

Qeyd edək ki, hazırda iş məhkəmədədir.