Heydər Əliyev ideyaları

Heydər Əliyev irsi siyasət üstü məsələdir və bir xalqın taleyi, bir dövlətin quruculuğu ilə məhdudlaşa bilməz.

Məhz bu səbəbdən Onun cismən aramızda olmaması Heydər Əliyev irsinin əhəmiyyətini nəinki azaltmır, əksinə, Azərbaycan xalqının cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqisi, ümumiyyətlə, bölgənin sülh və sabitlik məkanına çevrilməsi, məhz Heydər Əliyev ideyaları ilə üzvü sürətə bağlıdır.Bu ideyaların yaşadılması, idealların nəcib bəşəri əməllərə çevrilməsində isə heç şübhəsiz ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri müstəsnadır. Mehriban xanımın rəhbərliyi ilə, dahi liderin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək niyyəti ilə yaradılmış Heydər Əliyev Fondu Ümummili liderin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması baxımından 17 ildir ki, böyük xidmətlər göstərməkdə, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdədir. Fondun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli layihələr yalnız Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Mehriban xanımın Heydər Əliyev ideallarını rəhbər tutaraq Şərqdən-Qərbə 10-la ölkədə gördüyü işlər Azərbaycanın adını, mədəniyyətini, incəsənətini, xalqın irsini tariximizdə heç kimin edə bilmədiyi qədər yüksək səviyyədə təbliğ etməkdədir. Ümummilli liderin sağlığında Azərbaycan xalqı qarşısında göstərdiyi ali xidmətlər, bu gün Mehriban xanım tərəfindən, dövlət başçısının rəhbərliyi altında Heydər Əliyev ideallarını rəhbər tutmaqla davam olunmaqdadır. Dahi liderin 18-ci anım günündə, Birinci vitse prezidentin “Qəlbimizdə əbədi yaşayan Böyük İnsan!” məzmunlu paylaşımı da məhz bu irsə sədaqətin əbədi olacağının bəyanıdır.

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı