Məhərrəm ayı başlayır – 30 iyulda

Azərbaycanda iyulun 30-da Məhərrəm ayı başlayacaq.

Bununla bağlı  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.

Allahşükür Paşazadə Boris Consonun iqamətgahında tədbirə qatılıb – FOTO
Azərbaycanda bayram namazı qılınıb – FOTO – VİDEO
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu yola düşüb

Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən, 30 iyul Məhərrəm ayının birinci günüdür:

“Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci aydır. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-si olacaq”.

 

apa