Rusiya və Ukrayna tərəflərini yenidən yaxınlaşdırmağa cəhd edirik

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri yaxınlaşmışdı. Təəssüflər olsun ki, sonra tərəflər bir-birindən uzaqlaşdılar.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

O bildirib ki, buna İrpin və Buçadakı vəziyyət səbəb olub.

“Rusiya və Ukrayna tərəflərini yenidən yaxınlaşdırmağa cəhd edirik”, – Türkiyə XİN rəhbəri qeyd edib.

Çavuşoğlu Ukraynada atəşkəslə bağlı ümidli olmadığını bildirib.

“Amma taxıl dəhlizi ilə bağlı ümidliyik”, – nazir əlavə edib.