Aşan ağac yolda sıxlığa səbəb oldu

Bakıda ağac aşıb, yollarda sıxlıq yaranıb.

Bununla bağlı Xalq.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hazırda paytaxtın Səməd Vurğun küçəsi, Əlövsət Quliyev küçəsi kəsişməsində ağac aşması nəticəsində yolda sıxlıq müşahidə olunur.