Prezidentdən 2 sərəncam, 10 fərman

Prezident İlham Əliyev Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “2013-cü il fevralın 22-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 867 nömrəli, “2013-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Özbəkistan Respublikasının Özəlləşdirmə, İnhisarsızlaşdırma və Rəqabətin İnkişafı üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 913 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 15 fevral tarixli 1248 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2018-ci il 4 oktyabr tarixli 292 nömrəli və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2018-ci il 26 noyabr tarixli 371 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “2013-cü il fevralın 22-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 867 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 488) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. “2013-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Özbəkistan Respublikasının Özəlləşdirmə, İnhisarsızlaşdırma və Rəqabətin İnkişafı üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 913 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 641) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 fevral tarixli 1248 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 192) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 292 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1992) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 371 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2284) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 yanvar tarixli 739 nömrəli, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 19 may tarixli 894 nömrəli, “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2016-cı il 23 iyun tarixli 952 nömrəli və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 11 iyul tarixli 980 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 61, № 10, maddə 1612) 3-cü hissəsinin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki,” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 439) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissənin birinci abzasında və 6.5-ci bənddə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.2. 3.1-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra – Komitə)” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

2.3. 3.2-ci bənddə (hər iki halda), 4-cü və 5-ci hissələrdə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 1.2-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663, № 11, maddə 1820; 2017, № 5, maddə 820, № 9, maddə 1656; 2018, № 2, maddə 183; 2019, № 3, maddə 411, № 5, maddə 817; 2020, № 5, maddə 545) 8.2-ci bəndində və 11-ci hissəsində ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 894 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 855, № 7, maddə 1273) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci bənddə və 3-cü hissənin birinci abzasında, 3.2-ci və 3.3-cü bəndlərdə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

5. “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 952 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1048; 2018, № 2, maddə 184) 2.2-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

6. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 iyul tarixli 980 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1251) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 971 nömrəli, “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 978 nömrəli, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli, “Azərbaycan Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2005-ci il 1 mart tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarları ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının siyahıya alınması Qaydaları”nın təsdiq edilməsi barədə” 2003-cü il 18 sentyabr tarixli 919 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 971 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 576; 2016, № 2 (II kitab), maddə 251) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın ikinci hissəsinin beşinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

2. “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 580; 2006, № 7, maddə 590; 2008, № 6, maddə 500, № 8, maddə 719, № 9, maddə 798; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 6, maddə 1114) ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə”nin 5.4-cü bəndindən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin,” sözləri çıxarılsın.

3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 978 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 583; 2016, № 2 (II kitab), maddə 251) 1-ci hissəsinin üçüncü və dördüncü abzaslarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 584; 2007, № 2, maddə 87; 2009, № 4, maddə 226; 2014, № 10, maddələr 1201, 1206, № 12, maddə 1553; 2016, № 2 (II kitab), maddə 252) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.2-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin və həmin bənddən “, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri çıxarılsın;

4.2. 1.3-cü və 1.4-cü bəndlərdə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” üzrə:

4.3.1. 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

4.3.2. 5-ci hissənin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

5. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 621; 2005, № 2, maddə 64, № 8, maddə 718; 2006, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010, № 4, maddə 287, № 7, maddə 610; 2011, № 11, maddə 998; 2013, № 9, maddə 1052, № 12, maddə 1509; 2014, № 2, maddə 108, № 4, maddə 361, № 6, maddə 632; 2015, № 7, maddə 827, № 9, maddə 1016; 2016, № 11, maddə 1825; 2017, № 3, maddə 348; 2018, № 2, maddələr 202, 203; 2020, № 7, maddə 891, № 12 (I kitab), maddə 1477) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4.2.1-ci yarımbənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.2. 4.2.9-cu yarımbənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.3. 4.2.2-ci yarımbənddə “Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma” sözləri ilə əvəz edilsin;

5.4. 4.2.6-cı yarımbənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 791; 2005, № 2, maddə 64; 2007, № 6, maddə 606; 2010, № 7, maddə 610; 2015, № 9, maddə 1001; 2020, № 12 (I kitab), maddə 1477) ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 3-cü hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Komitə) tərəfindən” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə və 6-cı hissəsində “Komitə” sözü “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 205 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 163; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

8. “Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarları ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının siyahıya alınması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 sentyabr tarixli 919 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 470; 2005, № 11, maddə 1017; 2006, № 5, maddə 400, № 7, maddə 590; 2010, № 7, maddə 610) ləğv edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 826-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2013-cü il 10 dekabr tarixli 43 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 3 fevral tarixli 101 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 826-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 43 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1510) 3-cü hissəsi ləğv edilsin.

2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 101 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 108; 2016, № 2 (II kitab), maddə 250) 7-ci hissəsi ləğv edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 906-IVQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 6 mart tarixli 120 nömrəli, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” 2015-ci il 5 fevral tarixli 453 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 18 mart tarixli 487 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 906-IVQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 6 mart tarixli 120 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 241; 2016, № 2 (II kitab), maddə 250) 4-cü hissəsi ləğv edilsin.

2. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 368; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2021, № 1, maddə 30) 3-cü hissəsindən “və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 115) 2.1-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

4. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 487 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 267) 2-ci hissəsi ləğv edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli və “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 682; 2019, № 2, maddə 241) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın 2.3-cü və 3.3-cü bəndlərindən “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə,” sözləri çıxarılsın.

2. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256; 2017, № 1, maddə 48, № 6, maddə 1073, № 10, maddə 1787; 2019, № 12, maddə 1945; 2020, № 11, maddə 1357; 2021, № 1, maddə 43) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.4-cü bənd ləğv olunsun və aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4-1.1. bu Fərmanın 4.3-cü bəndində nəzərdə tutulmuş vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin;

4-1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.”;

2.2. 5-ci hissədə “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.3. 6.1-ci bənddə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.4. 8-ci hissədə “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin;

2.5. həmin Fərmanla təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” üzrə:

2.5.1. 3.3-cü, 3.7-ci və 4.1-ci bəndlərdə “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.5.2. 3.11-ci, 5.2-ci, 6.9-cu, 6.10-cu və 6.11-ci bəndlərdə ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

3. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2076; 2018, № 7, maddə 1463) 3.2-ci bəndində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli və “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2089; 2018, № 1, maddə 56) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bənd ləğv olunsun və aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etsin.”;

1.2. 3.2-ci bənddə və 6-cı hissədə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

2. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2093; 2019, № 2, maddə 213) 2-ci hissəsində “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 52; 2019, № 11, maddə 1715 ) ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin 6.3-cü bəndində birinci halda “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə və ikinci halda “Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015–2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli 2760 nömrəli, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 iyun tarixli 260 nömrəli, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1532; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2021, № 6 (I kitab), maddə 607; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3288 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015–2020-ci illər üçün Strategiya”nın “9.5. Monitorinq və qiymətləndirmə sisteminin yaradılması” bəndinin 9.5.2-ci yarımbəndinin “İcraçılar” sütunundan “Vergilər Nazirliyi,” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 448, № 4, maddə 604; 2018, № 2, maddə 245) 1-ci hissəsindən “Azərbaycan Respublikasının vergilər naziri” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 iyun tarixli 260 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1342) ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 3.2-ci bəndinin “İcraçılar” sütununda “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2367; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3291 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.1.9-cu yarımbəndinin “İcraçı orqanlar” sütununda “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 195; 2005, № 11, maddə 1049; 2009, № 9, maddə 713; 2013, № 7, maddə 822; 2015, № 2, maddə 146; 2016, № 4, maddə 711, № 10, maddə 1653; 2017, № 2, maddə 213; 2018, № 11, maddə 2362) ləğv edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 21 dekabr tarixli 192 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 25 yanvar tarixli 1211 nömrəli, “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 19 aprel tarixli 1341 nömrəli və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 16 iyun tarixli 1460 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 192 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 980) Fərmanının 2-ci hissəsi ləğv edilsin.

2. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 yanvar tarixli 1211 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 58) 3-cü hissəsi ləğv edilsin.

3. “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 555; 2019, № 12, maddə 1945) 4-cü hissəsində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

4. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1076; 2019, № 12, maddə 1945) 4-cü və 5-ci hissələrində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 187 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 22 nömrəli və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 416-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 698 nömrəli fərmanlarının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 187 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 497; 2006, № 7, maddə 590; 2008, № 6, maddə 498; 2009, № 8, maddə 626; 2010, № 10, maddə 610) ləğv edilsin.

2. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 22 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 28; 2006, № 7, maddə 590; 2010, № 10, maddə 610) ləğv edilsin.

3. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 416-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 698 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 850) ləğv edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 2017-ci il 28 aprel tarixli 1349 nömrəli, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 18 may tarixli 1415 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 may tarixli 72 nömrəli və “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 563; 2019, № 6, maddə 1038) 2.4-cü bəndində, 4-cü və 6-cı hissələrində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

2. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 819; 2019, № 3, maddə 408; 2021, № 12, maddə 1373) 2.2-ci bəndində “Qanunun” sözündən sonra “9-cu maddəsinin 3-cü, 11-ci maddəsinin 4-cü hissələrində və” sözləri əlavə edilsin və həmin bənddə “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin.

3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1516; 2018, № 12 (I kitab), maddə 2579; 2019, № 6, maddə 1038, № 7, maddə 1217, № 12, maddə 1922; 2020, № 5, maddə 561, № 7, maddə 861, № 9, maddə 1143, № 11, maddə 1348; 2021, № 3, maddə 219) 2.12-ci bəndində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1645; 2019, № 6, maddə 1031; 2021, № 1, maddə 44) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın 1.2.4-cü, 1.2.8-ci yarımbəndlərində və 2.10-cu bəndində “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “www.azexport.az” internet portalı haqqında Əsasnamə” üzrə:

4.2.1. 1.3.9-cu yarımbənddə “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

4.2.2. 4.2.2-ci yarımbəndə aşağıdakı məzmunda 4-cü və 5-ci abzaslar əlavə edilsin:

“4. fiziki və hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumatlar;

5. “ASAN imza” sertifikatının verilməsi;”;

4.2.3. 4.2.9-cu yarımbənd ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2020; 2018, № 5, maddə 896; 2020, № 4, maddə 405, № 9, maddə 1152, № 12 (I kitab), maddə 1460) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-17-ci yarımbəndində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

6. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 180; 2019, № 6, maddə 1033; 2020, № 11, maddə 1348) 2.6-cı bəndində “Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə və “Vergilər Nazirliyi” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 940, № 12 (I kitab), maddə 2556; 2019, № 5, maddə 834) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”na 1 nömrəli əlavə – “Dövlət büdcəsinin gəlirlərinin icrası barədə məlumat (gəlir inzibatçıları üzrə əvvəlki dövrlə müqayisə)”nin “Büdcə daxilolmalarını təmin edən orqanlar” sütununun 1-ci hissəsində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz olunsun və 3-cü hissəsi ləğv edilsin.

8. “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1491; 2021, № 5, maddə 456) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 6-cı hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin;

8.2. 8.2-ci və 8.3-cü bəndlər ləğv edilsin;

8.3. aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilsin:

“8-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

8-1.1. yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin etsin;

8-1.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirsin.”;

8.4. 9.1-ci bənddə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

8.5. 10-cu hissədə “Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

Xalq.Az