Kiyevə növbəti hücum

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynaya pilotsuz uçuş aparatları ilə hücum edib.

Paytaxtda güclü partlayış səsləri eşidilib.

Kiyev şəhər hərbi administrasiyasından bildirilib ki, səhər saatlarında paytaxta İran istehsalı olan 9 ədəd “Şahed” dronları ilə hücum olub.

Məlumata görə, bütün PUA-lar vurulub.