Qiymətlər aşağı salınmalıdır

“Qlobal olaraq inflyasiya gözlənilsə də, bu olmadı. Bu, o deməkdir ki, qiymətlər aşağı salınmalıdır.”

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasda deputat Əli Məsimli bildirib.

Hazırda qiymətlərin baha olmasından gileylənən deputat deyib: “Amma bizdə əksinədir, qiymətlər günü-gündən bahalaşır. Qlobal olaraq inflyasiya gözlənilsə də, bu olmadı. Bu, o deməkdir ki, qiymətlər aşağı salınmalıdır. Çağırış edirəm ki, Azərbaycanda da bu sistem tətbiq olunsun. Qiymətlər ucuzlaşmalıdır ki, ölkədə hər kəs Yeni il süfrəsi aça bilsin”.

Xalq.Az