Milli Məclisin növbəti iclası keçirilir

Milli Məclisin iclasının gündəliyinə dəyişiklik olunub.

Toplantının gündəliyinə daha iki məsələ daxil edilib.

Belə ki, iclasda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda və “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” və Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq.

Bununla da iclasın gündəliyindəki məsələlərin sayı 39-a çatıb.

Xalq.Az