Millət vəkili Cəbrayıl rayon sakinləri ilə görüşdü-Fotolar

Fevralın 4-də millət vəkili Ceyhun Məmmədov  Cəbrayıl rayonundan olan bir qrup vətəndaşla növbəti görüş keçirdib.

Xalq.az xəbər verir ki, görüşdə vətəndaşları narahat edən bir qrup məsələlər müzakirə edilib.

Millət vəkili onları fərdi və ümumi qaydada qəbul edərək problemlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və həlli üçün qeydiyyata alıb. Hər bir müraciətə baxılacağını və aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

Səmimi qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Vətəndaşlar onların sosial problemlərinin həlli istiqamətində göstərilən böyük diqqət və qayğıya görə öz razılıqlarını bildiriblər.