Putin Ukraynanın Xerson və Luqansk vilayətinə səfər edib

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ilhaq etdiyi Ukraynanın Luqansk vilayətində “Vostok” Milli Qvardiyasının qərargahında olub.

Məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilib ki, V.Putin bu bölgədə Rusiya hərbi komandanlığının məruzəsini dinləyib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Xerson vilayətinə səfər edib, “Dnepr” qoşun qruplaşmasının qərargahında olub.

Məlumatı aprelin 18-də Rusiya Prezidentin Mətbuat xidməti yayıb.

V.Putin hərbçilərlə müşavirə keçirib, “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskiyin və başqa hərbi rəislərin məruzələrini dinləyib.

Bu, V.Putinin Ukraynanın Xerson vilayətində keçirdiyi ilk müşavirədir.

O, martın 19-da Rusiyanın ilhaq etdiyi Ukraynanın Mariupol şəhərində olub.

 

TASS