Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, dəyişiklik aşağıda göstərilən qaydada tətbiq ediləcək:

– 1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq  D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. – Y.Səfərov küç, ilə təşkil ediləcək;

– 10 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq  A.Şaiq küç, – Ş.Bədəlbəyli küç. – D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. – Y.Səfərov küç, ilə təşkil ediləcək;

– 5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək;

– 88 nömrəli marşrutlar üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küç. (28 May m.st) olmaqla hərəkəti  D.Əliyeva küç., – R.Behbudov küç. ilə təşkil ediləcək;

– 6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcək;

– 53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;

– 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. – Ş.Bədəlbəyli küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;

– 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., – Ə.Cavad küç., Azərbaycan pr. ilə təşkil ediləcək;

– 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç.  daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.

– E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., A.Şaiq küç, – Ş.Bədəlbəyli küç. – D.Əliyeva küç., K.Səfərəliyeva küç., Neftçilər pr. ilə təşkil ediləcək.

Qeyd: 6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək.  1-ci istiqamət Azadlıq prospekti m.st. – Axundov bağı; 2-ci istiqamət Funikulyor – Ö.F.Nemanzadə küç.

 

Sevinc