Prezident və xanımı bölgələrdə səfərdədir -Yenilənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.

XALQ.AZ xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda “ASAN Xidmət” Mərkəzinin açılışını edib.

Sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibə verib.

 

 

Sevinc