Bu yarışın Azərbaycanda keçirilməsi olduqca vacibdir

Formula 1 qısaldılmış variantı F1 olan, tək oturacaqlı və açıq təkərli avtomobil yarışlarının ən yüksək səviyyəsini təşkil edən yarışdır. Belə ki, bu yarışda ilin sonunda toplanmış xallara əsasən, sürücülərin və komandaların birinciliyi mükafatlandırılır.

Formula 1 dünya çempionatı avtomobil idmanı üzrə dünyanın ən populyar çempionatı olmaqla yanaşı, dörd ildən bir keçirilən Yay Olimpiya Oyunları və Futbol üzrə Dünya Kubokundan sonra dünyada ən çox izlənilən idman hadisəsidir. Dünyanın ən tanınmış idman markalarından biri olan Formula 1, televiziyada hər il yayımlanan ən böyük idman təşkilatı olaraq 5 qitədə 19-20 yarışdan ibarətdir.

Bəs, bu yarışların tarixi nəyə dayanır? Formula 1 ölkəmizə nə qazandıracaq? Bu yarışın bizim üçün hansı müsbət tərəfləri var?

Formula 1 yarışlarının mənşəyi 1920 və 1930-cu illərdə Avropa Qran Prisi avtomobil yarışlarındadır. Formula bütün iştirakçıların və avtomobillərin əməl etməli olduğu qaydalar toplusudur. Formula 1, İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə razılaşdırılmış yeni qaydaların adıdır.

Müharibədən əvvəl Dünya Çempionatı üçün bir çox Qran Pri yarışı təşkil edilmişdi, lakin Sürücülərin Dünya Çempionatı 1947-ci ildən əvvəl formalaşmamışdı.

İlk dünya çempionatı yarışı 1950-ci ildə İngiltərənin Silverstoun trasında keçirildi. İstehsalçılar üçün çempionat 1958-ci ildə keçirilməyə başladı.

İlk Formula 1 Dünya Çempionatı, 1950 Formula 1 Mövsümü, Alfa Romeo ilə italyan Nino Farina tərəfindən qazanıldı. Son üç mövsümdə iz qoyan komanda və sürücü alman Sebastyan Fettel və Red-Bull komandasıdır. Ən çox çempionluq qazanan sürücü 1994 və 1995-ci illərdə Beneton da daxil olmaqla 2000, 2001, 2002, 2003 və 2004-cü illərdə ardıcıl 5 dəfə Ferrari-ni qazanaraq cəmi 7 çempionluq qazanan Əfsanə Mixael Şumaxerdir.

Formula 1 yarışlarında avtomobillərin sıralaması necə müəyyən edilir?

Avtomobil idmanının ən populyar yarışı olan Formula 1-də hər yarışda avtomobillərin yarışa fərqli ardıcıllıqla başladığının şahidi ola bilərsiniz. Buna səbəb yarışlardan əvvəl keçirilən təsnifat dövrələridir.


Bu xüsusi yarışlarda sürücülərin dövrələrini başa vurmaq üçün orta vaxtı Qran Prinin başlama sırasını müəyyən edir. Döngə ortalaması yüksək olanlar yarışa birinci yerdən başlayır və üstünlük qazanırlar, aşağı xalı olanlar isə arxa cərgədən yarışa başlayırlar. Yeri gəlmişkən, “F1-də qütb mövqeyi nə deməkdir?” Sualın cavabı ilə maraqlanırsınızsa, deyək: Yarışa ilk sırada başlamağa bu ad verilir.

Formula 1 yarışlarında xallar necə tərtib olunur?

F1-i təşkil edən hər bir yarış çox vacibdir. Buna səbəb yarışı ilk 10 yerdə başa vuran hər bir pilotun xal qazanmasıdır. Pilotların alacaqları xallar yarışı bitirmə sırasına görə fərqlənir. Sıralamada ballar aşağıdakı kimidir:

Yarışın qalibi: 25 xal
Yarış ikincisi: 18 xal
Yarış üçüncü yer: 15 xal
Yarış dördüncü yer: 12 xal
Yarış beşinci yer: 10 xal
Yarışda altıncı yer: 8 xal
Yeddinci yarış: 6 xal
Səkkizinci yarış: 4 xal
Doqquzuncu yarış: 2 xal
Onuncu yarış: 1 xal
Qazanılan bu xallar pilotlara və onların komandasına yazılır. Mövsümün sonunda əldə edilən xalların cəmi qalib komandanı və pilotu müəyyən edir.

Yarışı ilk 3 yerdə başa vuranlar podiuma çıxaraq mükafatlarını alırlar.

Milli Məclisin Gənclər və idman komitəsinin deputatı Könül Nurullayeva: “Azərbaycan artıq yeddinci dəfədir ki, Formula 1 yarışlarına ev sahibiyi edir. Bu yarış yarım milyarda yaxın tamaşaçı auditoriyasına görə dünyada futboldan sonra ikinci yeri tutur. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda keçirilməsi olduqca vacibdir. Bu, həm də Azərbaycanın dünyaya təqdimatıdır.

Ölkəmizin nüfuzunun artması və təbliğat baxımından Formula 1 önəmli idman yarışıdır. 2016-cı ildən etibarən Formula 1 təqvimində yer alan Bakı Şəhər Halqası gözlənilməz nəticələri və yüksək sürəti ilə seçilir. Azərbaycan Qran-Prisi təşkilatçılığa görə ən yaxşılar sırasındadır. Azərbaycan Qran Prisində tamaşaçıların daim belə maraqlı yarışlara şahid olmasının səbəblərindən biri də Bakı Şəhər Halqasının quruluşudur.

Mütəxəssislər Xəzər dənizi sahilində yerləşən Bakını Formula 1 yarışlarına ev sahibliyi etmək üçün mükəmməl yer hesab edir. Hər il olduğu kimi, bu il də yarışa hazırlıqlar yüksək səviyyədə davam edir. Bu il də azarkeşləri sürprizlər gözləyir. 2023 Formula 1 Azərbaycan Qran Prisinin şüarı – “Gözlənilməzə hazır olun” builki yarışda sürətsevərlərin gözlənilməz hadisələrin, həyəcanlı anların şahidi olacağını deməyə əsas verir.

2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə dinamik nəticələrlə geniş tamaşaçı kütləsi toplayıb və pilotların sevimlisinə çevrilib. İki il əvvəl pandemiya səbəbindən yarışlar tamaşaçılarsız keçirildi. Amma ötən il olduğu kimi, bu il də Formula 1 Azərbaycan Qran-Prisini yenidən canlı izləmək imkanı olacaq.

Bu yarışlar ölkəmizin turizm potensialının genişlənməsi baxımından çox əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycanda keçirilən ilk Formula 1 yarışlarından sonra ölkəyə kütləvi turist axını başlayıb. Birinci dəfə yarış keçiriləndən sonra ölkəyə gələn turistlərin sayında 24 faiz artım qeydə alınıb. Ondan sonrakı illərdə bu faiz artmaqda davam edib. Prezident İlham Əliyev 2020-ci ildə Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə onlayn görüşdə də bildirmişdi ki, Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlıdır. Formula 1 yarışı şəhərimizdə hər il yüksək qonaqpərvərliklə qarşılanır və xaricdən ölkəmizə səyahət edən azarkeşlər Azərbaycan paytaxtının mətbəxi və mədəniyyəti ilə yaxından tanış olmaq şansı əldə edirlər.

Ev sahibliyi nəticəsində Azərbaycanın həm beynəlxalq nüfuzu artır, həm də idman ölkəsi kimi mövqeyimiz möhkəmlənir. 2018-ci ildə keçirilmiş Azərbaycan Qran-Prisini ümumilikdə 82,3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10 faiz artaraq 90,2 milyon nəfər təşkil edib.

Formula 1 Azərbaycan Qran Prisi həm də Azərbaycanda könüllülük hərəkatının miqyasının genişlənməsinə təkan verir. Əminliklə deyə bilərik ki, Azərbaycan artıq yeddinci dəfə Formula 1 yarışlarına uğurla ev sahibliyi edəcək”.

Milli Məclisin Gənclər və idman komitəsinin deputatı Müşfiq Cəfərov: “Formula 1 və digər bu qəbildən olan yarışlar dünyanın bir çox ölkəsində keçirilir və bu yarışı təşkil etmək hər bir ölkə üçün böyük uğurdur.

Formula1 olduqca populyar bir idman yarışıdır. Bu yarışın paytaxtımızda təşkil olunması Azərbaycan üçün çox əhəmiyyətlidir.

Formula 1-in ölkəmizdə təşkil olunması, ilk növbədə, ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunun göstəricisidir və dövlətimizə olan etimadla bağlıdır. Bu yarışın Bakıda keçirilməsini ilk növbədə ölkəmizi dünyaya tanıtmaq üçün əlverişli fürsət kimi qiymətləndirməliyik. Həmçinin bu tip idman yarışları iqtisadiyyatımıza xeyir verən bir amildir. Çünki Formula-1-ə baxmaq üçün ölkəmizə xaricdən çox sayda qonaqlar gəlir. Yarışlar ölkəmizin mədəniyyətini dünyaya təqdim etmək baxımından da vacibdir. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının mühüm sahəsi olan turizmin inkişafına da mühüm töhfə verir. Artıq ölkəmiz dünyada beynəlxalq idman yarışlarının keçirildiyi uğurlu məkan kimi tanınır.

Bu yarışlar Azərbaycanı dünya mediasının diqqət mərkəzində saxlayır. Belə ki dünyanın aparıcı idman kanallarında, informasiya portallarında Bakıda keçiriləcək beynəlxalq idman yarışları haqqında bir sıra reportajlar və məqalələr yayımlanır. Bu da dünya mətbuatında dövlətimizi təmsil etməkdir.

Formula 1 kimi idman yarışları bir tərəfdən əyləncəli tədbirdir, digər tərəfdən isə keçirildiyi ölkənin dünyada təbliğində böyük rol oynayır. Yarışlar ərəfəsində internet resurslarında Formula 1 keçirilən ölkə ilə bağlı axtarışların sayı milyonları keçir. Həmçinin bu yarışların respublikamızda keçirilməsi dünyanın həm Azərbaycanın tarixi, həm də mədəniyyəti ilə tanış olmasına, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri daha dərindən başa düşməsinə imkan verdi. Bu da 44 günlük savaşda beynəlxalq aləmin dəstəyinə şərait yaratdı. Bir çox dünya mətbuatında Qarabağla bağlı həqiqətlərə yer yerildi. Digər tərəfdən ölkəmizin sivil, inkişaf edən bir ölkə olması qənaətinə gəlməsindən xəbər verir”.

 

sia