Görülən işlər cənab Prezidentin iradəsini və mövqeyini ortaya qoyur

Bu gün Azərbaycanda cənab Prezidentin rəhbərliyi ilə kadr islahatları davam edir. Davamlı şəkildə ayrı-ayrı strukturlarda vəziyyət təhlil olunaraq, kadr dəyişiklikləri həyata keçirilir”. Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, kadr islahatlarının bir neçə hədəfi və məqsədi var: “Bunlardan biri də dövlət qurumlarının fəaliyyətinin daha da təkmilləşdirilməsidir. Eyni zamanda dövlət qurumlarında islahatların daha da dərinləşdirilməsi də bu qəbildəndir. Zaman-zaman vətəndaşları narahat edən məsələlərin həll edilməsi isə əsas məqsədlər daxilində yer tutur. Bu baxımdan ölkədə həyata keçirilən kadr islahatları vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir. Görülən işlər cənab Prezidentin iradəsini və mövqeyini ortaya qoyur”.