“Bu gün TV” 1 yaşını qeyd edir

“Bu gün tv” 1 yaşını qeyd edib.
“Biz, 2 il öncə ölkə mediasının inkişafina dəstək məqsədi ilə bir yola çıxdıq. Bunun üçün əvvəlcə 2021-ci ilin iyul ayında təsis etdiyim Media Tədris Mərkəzi fəaliyyətə başladı. Daha sonra Azərbaycan mediasının inkişafında təcrübənin əsas rol oynadığını nəzərə alaraq  tələbələrimizlə birlikdə bir yeniliyə imza atmaq qərarına gəldik – “Bu gün TV”-ni yaratdıq”.
Bu sözləri   Əməkdar Jurnalist Elnarə Dərziyeva bildirib.
Onun sözlərinə görə, “Bu gün TV” yalnız bir televiziya deyil, ümumilikdə, ölkədə və dünyada baş verənlərdən operativ xəbər almaq istəyən oxucular üçün qərəzsiz, inamlı, vicdanlı, bir sözlə desək, jurnalist etikasının bütün kriteriyalarını özündə cəmləşdirən media qurumudur.
  “Bu bir il ərzində “Bu gün TV” informasiya agentliyi olaraq medianın inkişafına təkan vermək uğrunda çalışıb. Əminəm ki, işgüzar və həvəsli komandamızla peşəkar jurnalistikanın necə olduğunu əyani şəkildə göstərə bilirik”, – deyən E. Dərziyeva dövlət və özəl qurumları daha geniş şəkildə əməkdaşlığa çağırıb.
Bu yaxınlarda müxəlif sahələri, mövzuları əhatə edən televiziya verilişlərinə start verəcəklərini açıqlayıb.
“Bu yolda birgə addımladığımız kollektivimizə yüksək nailiyyətlər arzulayıram! Uğurlar bizə!”,- deyib.