Artıq onları nəzarətə götürüblər

Naxçıvan istiqamətində yolu azaraq Ermənistana keçən və əsir götürülən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovdan xəbər var.
Onun hazırkı vəziyyəti ilə bağlı “Sherg.az”a anası Şəlalə Axundova məlumat verib.
O bildirib ki, oğlu ilə hələ əlaqə yarada bilməyib:
“Araşdırma aparılır. Qızıl Aypara cəmiyyəti bu gün uşaqlarla bağlı məlumat verib. Artıq onları nəzarətə götürüblər, bu günlərdə məktub, ya da zəng olacaq. Bizi əlaqələndirib, danışdıracaqlar. Nə mən ona məktub yollamışam, nə də uşaq mənə. Bildirilib ki, hazırda qorunurlar, uşaqlara işgəncə verilməsi dayandırılıb. Cənab Prezidentimiz dedi ki, qaytarılması 5-10 gün, yaxud da 1 ay da çəkə bilər. Bu işlərin üzərində həm Cənab Prezidentimiz, həm də ombudsmanlar çalışırlar ki, iki əsgəri gətirsinlər”.
Sevinc