Ferqus Auld Fərid Şəfiyevlə görüş keçirib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevlə görüş keçirib.

Diplomat bu barədə tviter səhifəsində paylaşım edib.

“BMTM-in idarə heyətinin sədri Fərid Şəfiyevlə mərkəzin qərargahında görüşdüm. Müxtəlif mövzular ətrafında səmərəli söhbət etdik. Beyin mərkəzləri və QHT-lər hər yerdə mənim kimi dövlət məmurlarını çətinə salmaqda və siyasətimizi gücləndirməkdə vacib rol oynayırlar”, – deyə o qeyd edib.

modern.az