Dünyanın harasında bir cinayət varsa, Ermənistanın adı bu və digər formada orada hallanır

“Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında saxlayan Ermənistan bu müddətdə çoxsaylı cinayətlər törədib. Özü adi deyil, bəşəri cinayətlər. Ümumiyyətlə Ermənistan dövləti ilə cinayət sözü sanki vəhdət təşkil edir. Dünyanın harasında bir cinayət varsa, Ermənistanın adı bu və digər formada orada hallanır”.

Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Ermənistanın daha bir cinayəti sanksiya altında olan ölkələrə yardım göstərməkdir: “Ümumiyyətlə Ermənistanın sanksiya altında olan ölkələrə “dəstək” sahəsində böyük təcrübəsi var. Heç uzağa getməyək. Uzun illərdir İran sanksiyalardan yayınaraq xaricdən malları məhz Ermənistan vasitəsilə alır. Lakin bu da son deyil. Bu gün Ermənistanın Rusiyaya saxta sənədlərlə və gizli yollarla sanksiya tətbiq olunmuş malları (o cümlədən hərbi istifadə üçün nəzərdə tutulmuş) ötürməsinə dair faktlar ortaya çıxıb. Belə ki, “The New York Times“ qəzeti martın 24-də ABŞ və Aİ-nin yüksək vəzifəli vergi və ticarət rəsmilərinin görüşündə səslənən faktları açıqlayıb. Həmin məlumatlara görə, Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunur. Söhbət Rusiyanın Ukraynanı vurduğu raketlər də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çiplərin və digər elektron cihazların kütləvi satışından gedir”.

Deputat məqalədəki bəzi məqamların üzərində xüsusi olaraq dayanmağın vacib olduğunu bildirib: “Məqalədə də vurğulandığı kimi, ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədinə görə, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Sənəddə deyilir ki, daha sonra Ermənistan həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib. Bundan əvvəl 2022-ci ildə Vyetnamdan Ermənistana ixracatın 380%, Yaponiyadan 252%, Qazaxıstandan 201%, Hindistandan 190%, Fillipindən 181%, Cənubi Koreyadan 102% artdığı məlum olmuşdu. 2022-ci ildə Aİ-dən Ermənistana ixrac 70% artıb. Bütün bu faktlar Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas mərkəzlərdən biri olduğunu sübut edir”.

Deputat qeyd edin ki, göründüyü kimi, Ermənistan cəzasızlıq mühitindən yararlanaraq, bu cinayətə baş vurur: “Yəni, uzun illər İrana sanksiyalardan yayınmağa yardıma görə Ermənistana nə ABŞ, nə Aİ tərəfindən təzyiq olmayıb, buna göz yumulub”.

 

Sevinc