Parlamentdə dava

Ermənistanda müxalifətdən olan deputat Taqui Tovmasyan parlamentdəki çıxışından sonra tribunanı tərk etməkdən imtina edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, tribunanı tərk etməyəcəyini və hakimiyyətin yalan danışmasına imkan verməyəcəyini bildirib.
Spiker Alen Simonyan onu nizama çağırmağa çalışıb.
“Bütün bunları nəyə görə edirsiniz? Təhlükəsizlik xidmətinin sizi müşayiət etməsi üçün? Siz konstitusiya prosesini, parlamentin iclasını pozursunuz”, – Simonyan deyib.
Taqui Tovmasyan tribunadan çıxmayıb, üstəlik ona müxalifətdən olan həmkarları da qoşulub. İqtidarla müxalifətdən olan deputatlar arasında dava baş verib. Parlament sədri fasilə elan edib, müxalifətçi deputatlar .təhlükəsizlik xidməti tərəfindən zorla zaldan çıxarılıb