BMT Məhkəməsi qərarını açıqladı

Aprelin 21-də Ermənistan Azərbaycanın iddiasına etirazını Beynəlxalq Məhkəməyə təqdim edərək, Azərbaycanın da öz etirazını qəbul edib. Müvafiq olaraq, məhkəmə təqdim edilmiş etirazlarla bağlı qərar qəbul edilənədək Ermənistan Azərbaycana qarşı və Azərbaycan Ermənistana qarşı işlərinə baxılmasını dayandırıb.

Tribunainfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyi məlumat yayıb.

Mesajda qeyd olunur ki, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsində baxılan Ermənistan Azərbaycana qarşı və Azərbaycan Ermənistana qarşı işlərində Ermənistan Azərbaycana qarşı tam iddiasını bu il yanvarın 23-də Məhkəməyə təqdim etməklə yanaşı, Azərbaycanın Ermənistana qarşı tam iddiasını da almışdır.

Məhkəmənin Reqlamentinə əsasən, dövlətlər qarşı tərəfin tam iddia ərizəsini aldıqdan sonra 3 ay ərzində ilkin etirazları təqdim etmək hüququna malikdirlər. İlkin etirazlarla dövlətlər Məhkəmənin yurisdiksiyasının olmaması və iddiaların qəbuledilməzliyi ilə bağlı arqumentlər və əsaslandırmalar irəli sürürlər.

Məhkəmə ilkin etirazları aldıqdan sonra öz Reqlamentinə uyğun olaraq ilkin etirazlar üzrə qərar qəbul edilənədək işin mahiyyəti üzrə baxılmasını dayandırır.

“Aprelin 21-də Ermənistan müəyyən olunmuş müddətdə Azərbaycanın iddiasına ilkin etirazlarını təqdim edib. Ermənistanın təqdim etdiyi ilkin etirazlar Azərbaycanın iddialarındakı əksər iddialara istinad edir. Eyni zamanda, Ermənistanın irəli sürdüyü iddia ilə bağlı Azərbaycanın təqdim etdiyi ilkin etirazlar da Ermənistana verilib.

Tərəflərin Məhkəmənin müəyyən etdiyi müddət ərzində qarşı tərəfin verdiyi ilkin etirazlarla bağlı öz mülahizələrini təqdim etmək imkanı var”, – deyə məlumatda bildirilir.

Xalq.Az

 

Sevinc