Tikinti şirkətləri yoxlanılmalıdır-Deputat

Bu gün Milli Məclisin iclasında çıxış edən deputat Rüfət Quliyev ölkə yollarının tikintisi ilə bağlı xoş sözlərini söylədikdən sonra təmsil olunduğu dairənin əsas problemindən bəhs etdi. Bildirdi ki, Lənkəranın Sütəmirdov yolunda radarın olmaması səbəbindən vaxtaşırı qəzalar olur. Elə bu yaxınlarda avtomobilin vurduğu iki uşağın reanimasiyada olduğunu deyən deputat əlaqədar qurumları hərəkətə keçməyə çağırdı.

Daha sonra R.Quliyev digər mövzudan bəhs etdi: “Fəxr ediləsi haldır ki, ölkəmizdə tikinti işləri yüksək səviyyədə davam edir. Lakin təəssüf ki, hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. Vətəndaşlardan pulu alıb, onları aldadaraq yubadırlar. Bu şirkətlərdən biri də məhz “Bakı İnşaat” MMC-dir. Həmin şirkətlə bağlı bizə rəsmi məktublar daxil olur. İnsanların pulunu alıb 4-5 aydır ki, yubadırlar. Köməkçim dəfələrlə həmin şirkətin rəhbəri ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verilmir, söhbətdən qaçırlar. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir